CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspert doktorantura təhsilinin maliyyələşdirilməsinin əhəmiyyətini şərh edir

Təhsil eksperti Etibar Əliyev deyir ki, xaricdəki nüfuzlu universitetlərdə Azərbaycan vətəndaşlarının doktorantura təhsilinin maliyyələşdirilməsi ölkəmizdə insan kapitalının inkişafına təsir göstərəcək
Sputnik

“Azərbaycan vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətləri müəyyənləşib. Buna uyğun olaraq yerli ali təhsil və elm müəssisələri üçün peşəkar mütəxəssislərin yetişdirilməsi həyata keçiriləcək”. Bu barədə Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli bildirib.

Təhsil eksperti Etibar Əliyev Sputnik Azərbaycan-a deyir ki, doktorantura təhsili ilə bağlı görülən işlər olduqca əhəmiyyətlidir: “Xaricdəki nüfuzlu universitetlərdə Azərbaycan vətəndaşlarının doktorantura təhsilinin maliyyələşdirilməsi ölkəmizdə insan kapitalının inkişafına təsir göstərəcək. Bu gün Azərbaycanda elmin müxtəlif sahələri üzrə alimlərə ehtiyac var. Bizim hazırkı elm sistemimiz bu tələbatı ödəyə bilmir. Yeni təcrübə və müasir elmin  istiqamətləri üzrə doktorantların yetişməsi ölkəmiz üçün böyük əhəmiyyət daşıyır”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz