Yerə yaxınlaşan asteroid barədə alimlərdən açıqlama

Sistemin məlumatlarına görə, kosmik cisim heliosentrik orbitdə yerləşir. Bir dövrü 2.89 ildir. Yerədək olan minimal məsafəsi 139 min km-dən çoxdur
Sputnik

BAKI, 23 noyabr — Sputnik. "Roskosmos"un mütəxəssislərinin aşkar etdikləri, Yerə doğru hərəkət edən asteroidin ölçüləri Çelyabinsk meteoriti boydadır və planet üçün təhlükəli deyil.

Sputnik Azərbaycan bildirir ki, bu barədə RBK-ya Moskva Dövlət Universitetinin elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, astrofizik Aleksandr Panov deyib. 

Yeri asteroidlərdən qorumaq üçün inqilabi üsul təklif edilib

Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun fizika və ulduzların təkamülü kafedrasının müdiri Dmitri Vibe də eyni fikirdədir.

Mütəxəssis vəziyyəti şərh edərkən bildirib ki, aşkar olunan asteroid əhəmiyyətinə görə hətta "qum dənəsi də yox, molekuldur". Vibe hesab edir ki, bu obyekti ancaq seçilmiş insanlar müşahidə edə biləcəklər.

Bir müddət əvvəl məlum olub ki, "Roskosmos"un kosmik fəzanı nəzarət sistemi planetimizə doğru irəliləyən iki asteroid aşkarlayıb. Onlardan birinin ölçüsü 2013-cü ilin fevralında Çelyabinskə düşən meteorit boydadır - eninə diametri 10-15 metrdir. 

Obyekt noyabrın 6-da "EOP-2-1" optik-elektron kompleksi ilə monitorinq zamanı aşkarlanıb.

Sistemin məlumatlarına görə, kosmik cisim heliosentrik orbitdə yerləşir. Bir dövrü 2.89 ildir. Yerədək olan minimal məsafəsi 139 min km-dən çoxdur.