SƏHİYYƏ

Ekspertiza Mərkəzi yeddi bioloji aktiv qida əlavəsinə mənfi rəy verdi

Analitik Ekspertiza Mərkəzi Bioloji Fəallığa Malik Qida Əlavələrinin, tibbi və kosmetoloji ləvazimatların ekspertizasını həyata keçirir
Sputnik

BAKI, 23 noyabr — Sputnik. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) bu ilin sentyabr və oktyabr aylarında 7 Bioloji Fəallığa Malik Qida Əlavəsinə (BFMQƏ) mənfi rəy verib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, sentyabr ayında “Agavit” (şərbət, Türkiyə), “CaDlife” (tablet, Türkiyə), “Extra-E” (tablet, Türkiyə), “Optiprost” (tablet, İtaliya) və “Si-Klim Bio” (tablet, Rusiya) bioloji qida əlavələrinə mənfi rəy verilib.

Oktyabr ayında isə iki müraciət mənfi cavablandırılıb. Qeyd edək ki, AEM Bioloji Fəallığa Malik Qida Əlavələrinin, tibbi və kosmetoloji ləvazimatların ekspertizasını həyata keçirir.