RUSİYA

Məhv olunca qoy iylənsin, axı BMW-dir... - VİDEO

Kadrlarda görünür ki, kanalizasiyadan çirkab suları çəkən maşının sürücüsü öncə şlanqı BMW avtomobilinin kapotuna tutur
Sputnik

BAKI, 23 noyabr — Sputnik. Rusiyanın Samara şəhərində yanan BMW avtomobilini assenizator söndürüb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə "Rossiya Samara" yazıb. Hadisənin videosu sosial şəbəkədə yayılıb. Kadrlarda görünür ki, kanalizasiyadan çirkab suları çəkən maşının sürücüsü öncə şlanqı BMW avtomobilinin kapotuna tutur.

Sonra BMW-nin sürücüsü kapotu qaldırır və oradan alov qalxır. Şlanqdan axan qəhvəyi maye ilə alovu ram etmək mümkün olur.

Bəzi istifadəçilər hadisəyə yumorla yanaşıblar. Onlardan biri - "pul gələcək" şərhini yazıb.

Bəziləri isə kanalizasiya sularının böyük problem olmadığını deyiblər: "Avtoyuyucuya aparacaq, vəssalam. Amma onunla söndürməsəydilər də, ümumiyyətlə əldən çıxacaqdı".