Terror törətməyi planlaşdıranlar tələyə düşdülər

İraqın Zap və Sinat-Haftani bölgəsində Hərbi Hava Qüvvələrinin (HHQ) həyata keçirdiyi əməliyyat zamanı 5 PKK/YPG terrorçusu zərərsizləşdirilib
Sputnik

BAKI, 23 noyabr — Sputnik. Türkiyə Müdafiə Nazirliyi Suriyada PKK terrorçularına qarşı əməliyyat keçirib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən, İraqın Zap və Sinat-Haftani bölgəsində Hərbi Hava Qüvvələrinin (HHQ) həyata keçirdiyi əməliyyat zamanı 5 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Qeyd olunur ki, məhv edilən PKK-lılar terror aktı törətməyi planlaşdırırmışlar.

Xatırladaq ki, bu həftə Türkiyə Silahlı Qüvvələri İraqın şimalında da hərbi əməliyyat keçirib. Məlumata əsasən, Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) "Pəncə-3" hərəkatı çərçivəsində İraqın şimalında PKK-nın 20 terrorçusu məhv edilib. Hazırda antiterror əməliyyatları davam edir.