2020-ci ildə keçirilməsi planlaşdırılan Rusiya Federasiyasında Azərbaycan Mədəniyyəti Günləri ərəfəsində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi (XTNS) ərazisində Azərbaycan Respublikasının pavilyonunun açılış mərasimi baş tutub.
Təntənəli mərasimdə Rusiya Federasiya Şurasının Sədri Valentina Matviyenko və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva iştirak ediblər.