CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İşıqların sönməsi ilə bağlı "Azərişıq"dan açıqlama

Gecə saatlarında leysan yağışları səbəbindən Güzdək-Çaylı və Ağcabədi hava elektrik veriliş xətlərində açılma baş verib
Sputnik

BAKI, 23 noyabr — Sputnik. "Ölkədə müşahidə olunan hava şəraiti ilə əlaqədar "Azərişıq" ASC gücləndirilmiş iş rejiminə keçib".

Sputnik Azərbaycan bildirir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Yağışlı hava işıqforların işində problem yaratdı

T.Mustafayevin sözlərinə görə, ötən gecə bəzi ərazilərin elektrik enerjisi təchizatında qısamüddətli fasilə olub: ""Azərişıq" rəhbərliyi başda olmaqla Bakı şəhəri və regionlarda olan texniki departamentlərinin, həmçinin qəza xidmətinin əməkdaşları hazırda iş başındadırlar. Baş verə biləcək qəza hallarının qarşısının operativ surətdə alınması məqsədi ilə əlavə mal-material, maşın-mexanizmlər ayrılaraq Bakı şəhəri ətraf kənd-qəsəbləri və regionlara göndərilib".

O bildirib ki, gecə saatlarında leysan yağışları səbəbindən Bakı regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində olan Güzdək-Çaylı, Aran RETSİ ərazisində olan Ağcabədi hava elektrik veriliş xətlərində açılma baş verib, qurumun əməkdaşları tərəfindən operativ şəkildə aradan qaldırılıb.

"Xatırladım ki, son illər "Azərişığ"ın elektrik şəbəkələrində apardığı yenidənqurma işləri nəticəsində ciddi qəzalar baş verməyib, hava şəraitinin kəskin keçməsinə baxmayaraq istehlakçılar ölkə boyu dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunurlar", - deyə Tanrıverdi Mustafayev əlavə edib.