HADİSƏ

Xocahəsən yolunda ağır qəza, maşın körpüdən aşdı – VİDEO

Qəza zamanı ağır tonnajlı yük avtomobili körpüdən aşıb. İlkin məlumata görə, nəticədə iki nəfər ölüb
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 22 noyabr — Sputnik. Bu gün günorta saatlarında Xocahəsən yolunda ağır avtomobil qəzası baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, qəza zamanı ağır tonnajlı yük avtomobili körpüdən aşıb.

Hadisə yerinə təcili yardım çağırılıb. İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb.