FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Dövrümüzün Merilin Monrosu: Skarlett Yohansson 35 yaşını qeyd edir

Sputnik

Bu gün amerikalı aktrisa və müğənni Skarlett Yohanssonun doğum günüdür. Skarlett Yohansson 22 noyabr 1984-cü ildə Nyu-Yorkda dünyaya gəlib. Atası Karsten Yohansson danimarkalı ssenarist-rejissor Eyner Yohanssonun oğludur, anası Melani Sloan isə amerikalı yəhudi ailəsində dünyaya göz açıb.

Skarlettin böyük bacısı Vanessa da aktrisadır. Onun bacısından başqa, dörd qardaşı da var. Valideynləri ayrıldığından, aktrisa iki şəhərdə - həm Nyu-York, həm də Los-Ancelesdə böyüyüb.

Aktrisa Bob Dilan və Castin Timberleyk kimi ifaçıların kliplərində çəkilib. 28 may 2008-ci ildə Skarlett Yohansson özünün "Anywhere i Lay My Head" albomunda vokalçı kimi debüt edib. İnsanların bir partnyorla qalmaq məcburiyyətində olmadığını hesab edən Yohansson, mətbuata şəxsi həyatı ilə bağlı açıqlamalar vermir. Aktrisa Cared Leto və özündən 17 yaş böyük Benisio Del Toro ilə böyük əks-səda doğuran roman yaşayıb.

Skarlett "Qara səhləb çiçəyi" filminin çəkilişlərində tanış olduğu aktyor Coş Hartnettlə də görüşüb və 2006-cı ilin sonunda onlar ayrılıblar. Mark Uolberq və Castin Timberleyklə roman yaşayan aktrisa, 5 may 2008-ci ildə Rayan Reynoldsla nişanlandığını elan etdi və sentyabr ayının 28-də onlar ailə qurdular. Solaxay olduğu məlum olan Skarlett Yohansson ildə iki dəfə QİÇS analizi verməyi də unutmur və bunu etməyənləri səhlənkar adlandırır.

Skarlett Yohansson “Matç point”, “Mirvari sırğalı qız”, “Sensasiya”, “Lüsi” “Dəmir adam-2”, “Dəmir adam-3”, “Qisasçılar”, “Hiçkok”, “Birinci qısasçı, digər müharibə”, “Qısasçılar: “Altron erası”, “Qisasçılar: Sonsuzluq müharibəsi”, “Qısasçılar: Final” və s kimi filmlərdə oynayıb.

1 / 12
Amerikalı aktrisa və müğənni Skarrlett Yohansson
2 / 12
Amerikalı aktrisa və müğənni Skarrlett Yohansson
3 / 12
Amerikalı aktrisa və müğənni Skarrlett Yohansson
4 / 12
Amerikalı aktrisa və müğənni Skarrlett Yohansson
5 / 12
Amerikalı aktrisa və müğənni Skarrlett Yohansson
6 / 12
Amerikalı aktrisa və müğənni Skarrlett Yohansson
7 / 12
Amerikalı aktrisa və müğənni Skarrlett Yohansson
8 / 12
Amerikalı aktrisa və müğənni Skarrlett Yohansson
9 / 12
Amerikalı aktrisa və müğənni Skarrlett Yohansson
10 / 12
Amerikalı aktrisa və müğənni Skarrlett Yohansson
11 / 12
Amerikalı aktrisa və müğənni Skarrlett Yohansson
12 / 12
Amerikalı aktrisa və müğənni Skarrlett Yohansson