CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərnişinlər mənzil başına daha tez çatacaq - Vaxt qısaldıldı

Sürət həddinin artması ilə əlaqədar olaraq, "Azərbaycan Dəmir Yolları" QSC vətəndaşlardan təhlükəsizlik qaydalarına daha ciddi riayət etmələrini, yolu yalnız müəyyən olunmuş yerlərdən keçmələrini xahiş edir
Sputnik

BAKI, 22 noyabr — Sputnik. Bakı-Gəncə istiqamətində qatarların hərəkət sürəti artırılıb. Bu səbəbdən noyabrın 24-dən Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdiriləcək.

Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyi şöbəsindən məlumat verilib.

Vaqonları tərk etməyiniz xahiş olunur, qatar "Bakmil" stansiyasına gedir... - REPORTAJ

Qatarların Bakıdan və Gəncədən yola düşmə vaxtı isə olduğu kimi saxlanılacaq. Yeni qrafikdə qatarın yolda olma müddəti 4 saat 15 dəqiqədən 3 saat 45 dəqiqəyə enəcək. Bununla da, sərnişinlər mənzil başına 30 dəqiqə tez çatdırılacaq.

Qeyd edək ki, qatarın sürətinin 135 km/saata qaldırılması yolda olma müddətini də qısaldıb. Buna nail olmaq üçün Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Yol təsərrüfatı və işarəvermə qurğularının ən müasir tələblərə uyğun işlənməsi, yol yatağının dəyişdirilməsi, elektrik təchizatı sahəsində təmas şəbəkəsinin yenilənməsi və müasirləşdirilməsi qatarların sürətinin artırılmasına şərait yaradıb.

Sürət həddinin artması ilə əlaqədar olaraq, "Azərbaycan Dəmir Yolları" QSC vətəndaşlardan təhlükəsizlik qaydalarına daha ciddi riayət etmələrini, yolu yalnız müəyyən olunmuş yerlərdən keçmələrini xahiş edir.