MƏDƏNİYYƏT

Yeni Kukla teatrı açılıb

Tamaşanın premyerasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş Üzrə Mərkəzin direktoru Mircamal Camalov, 1 saylı və 11 saylı internat məktəblərinin şagirdləri, qəsəbə sakinləri iştirak ediblər.
Sputnik

BAKI, 22 noyabr — Sputnik. Noyabrın 19-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində "Kilimarası” kukla teatrının açılışı olub.

İdarədən Sputnik Azərbaycan-a verilən məlumata görə, açılış zamanı "Min bir gecə" nağılları əsasında "Ələddin" tamaşasının premyerası keçirilib.

Tamaşanın premyerasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş Üzrə Mərkəzin direktoru Mircamal Camalov, 1 saylı və 11 saylı internat məktəblərinin şagirdləri, qəsəbə sakinləri iştirak ediblər.

Tamaşadan öncə Mədəniyyət Mərkəzinin foyesində kuklalardan ibarət sərgi təşkil edilib və kilim arxasında bir neçə tamaşadan kiçik parçalar təqdim olunub.

Yüksək səviyyədə və çox uğurla oynanılan "Ələddin" tamaşası alqışlarla qarşılanıb.