CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda itlər yaşlı qadının meyitini parçaladılar

Qadın bir neçə gün əvvəl yaşadığı evin həyətində yıxılaraq xəsarət alıb və aldığı xəsarətlərdən ölüb
Sputnik

BAKI, 22 noyabr — Sputnik. Bakıda 72 yaşlı qadının parçalanmış meyiti aşkarlanıb.

İsmayıllıda tük ürpədən cinayət: Bir ailədən iki meyit çıxdı

Sputnik Azərbaycan Trend-ə istinadla məlumat verir ki, paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Əliyev küçəsində həyətlərin birində üzərində xəsarətlər olan qadın meyiti tapılıb.

Araşdırma zamanı məlum olub ki, ölən şəxs ev sahibi, 1947-ci il təvəllüdlü Şəfiqə Məmmədhəsən qızı Əsədovadır.

İlkin araşdırma zamanı müəyyən edilib ki, qadın bir neçə gün əvvəl yaşadığı evin həyətində yıxılaraq xəsarət alıb və aldığı xəsarətlərdən ölüb.

Tənha yaşayan qadının ölümündən heç kim xəbər tutmadığı üçün meyit bir neçə gün həyətdə qalıb. Nəticədə heyvanlar tərəfindən meyitə xəsarət yetirilib.