İqtisadi sahədə qarşılıqlı əməkdaşlıq məsələləri artıq neçə illərdir ki, Azərbaycan – Rusiya əməkdaşlığında prioritet təşkil edir. Hər iki ölkənin regionları arasında əlaqələrdə bunun üçün yaxşı potensial və imkanlar var. Azərbaycan üçün Rusiya Federasiyasının qonşu Qafqaz Respublikaları, eləcə də Volqoboyu vilayətləri və mərkəzi şəhərləri ilə əlaqə daha aktualdır.
Mehriban Əliyevanın Moskvaya səfəri və Rusiya – Azərbaycan X regionlararası forumu fonunda bu əlaqələrin neçə inkişaf edəcəyi barədə 25 noyabr saat 14:30-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rusiya məktəbinin direktorunun müavini, professor Elşad Məmmədov danışacaq.
Əlaqə üçün:
Telefon: 404-13-84/85
Ünvan: Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzi, Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M (4-cü mərtəbə).