RUSİYA

Putin böyük mətbuat konfransına hazırlaşır – Tarix açıqlandı

Rusiya prezidenti hər il böyük mətbuat konfransı keçirir. 2018-ci ildə bu mətbuat konfransı dekabrın 20-si baş tutub və 3 saat 46 dəqiqə davam edib
Sputnik

BAKI, 22 noyabr — Sputnik. Kreml Rusiya Prezidenti Vladimir Putinin böyük mətbuat konfransının keçirilmə tarixini açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Rusiya pezidentinin rəsmi saytında yerləşdirilib.

"Mətbuat konfransı 19 dekabr 2019-cu ildə keçiriləcək", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Rusiya prezidenti hər il böyük mətbuat konfransı keçirir. 2018-ci ildə bu mətbuat konfransı dekabrın 20-si baş tutub və 3 saat 46 dəqiqə davam edib. Rusiya prezidenti 53 suala cavab verib.