CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Ordan-burdan almasaydılar, belə hal baş verməzdi" - Zəhərlənən tələbənin yaxını danışdı

"Ehtimal ki, bu hadisə kənardan alınma bir şeydən baş verib. Qidalara mütləq nəzarət olmalıdır” - Həmidə İbadovanın yaxını
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 21 noyabr — Sputnik. Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin 2№-li yataqxanasında zəhərlənmə hadisəsi baş verib. Hadisə Mətbuat küçəsi 36 ünvanında olub. Nəticədə 1 otaqda qalan üç tələbə qızdan biri dünyasını dəyişib. Məlumata görə, təcili tibbi yardıma daxil olan müraciətdən sonra həkim briqadası ünvana baş çəkdikdə huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıb. Huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib.

Sputnik Azərbaycan hadisənin baş verdiyi yataqxana ilə yanaşı, hazırda zəhərlənən şəxslərdən ikisinin yatdığı 1 saylı Kliniki Tibbi Mərkəzdə olub.

1 saylı Kliniki Tibbi Mərkəzinə baş çəkən “Leykemiya (qan xərçəngi) ilə mübarizə” İB-nin direktoru Mehriban Bağırova jurnalsitlərə təşkilatının könüllüsü olan, zəhərlənən şəxslərdən biri Həmidə İbadova haqda məlumat verib:

"Ordan-burdan almasaydılar, belə hal baş verməzdi" - Zəhərlənən tələbənin yaxını danışdı

“Tələbələri yataqxanada qida ilə təmin edirlər. Onlar günorta universitet yeməyini yesələr, ordan-burdan almasaydılar, belə hal baş verməzdi.  Ehtimal ki, bu hadisə kənardan alınma bir şeydən baş verib. Qidalara mütləq nəzarət olmalıdır”.