HADİSƏ

İki uşağın üzərinə qaynar su tökülüb

Bakıda ikisi azyaşlı olmaqla 3 nəfər qaynar sudan yanıb. Həkimlər onlara aşağı ətrafların 2-ci və 3-cü dərəcəli termiki yanığı diaqnozu qoyublar
Sputnik

BAKI, 21 noyabr — Sputnik. Ötən gün Xəzər rayonu, Binə südçülük sovxozunda 2-si uşaq olmaqla 3 nəfər yanıb. Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hər üç şəxsin üzərinə qaynar su tökülüb.

Təcili Tibbi Yardım briqadasına yanıq xəsarəti alan 3 nəfərlə bağlı məlumat 22:32-də daxil olub: "Yanıq xəsarətləri alan 32 yaşlı qadın, 3 yaşlı oğlan və 5 yaşlı qız 5 saylı Xəstəxananın Yanıq şöbəsinə çatdırılıb. Həkimlər onlara aşağı ətrafların 2-ci və 3-cü dərəcəli termiki yanığı diaqnozu qoyublar".