“Azərbaycan gənclərinin doktorantura təhsili alması məsələsi hər zaman gündəmdə olubdur”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fəlsəfə doktoru İlqar Orucov deyib.
O bildirib ki, bu istiqamət üzrə Avropada konkret proqramlar mövcuddur: “Azərbaycan dövləti təhsilin səviyyəsinin qaldırılması və ali təhsil müəssislərinin dünyada rəqabətədavamlığının təmin edilməsi üçün bu addımları atır. O baxımdan belə bir dövlət proqramı formalaşdı. Əslində, Avropada bu cür proqramları dövlətlər maliyyələşdirmir”.
Qeyd edək ki, Azərbaycanda “2019-2023-cü illər üçün ölkədə ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qəbul olunub.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz