Azərbaycanda "2019-2023-cü illər üçün ölkədə ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" qəbul olunub.
Bu yaxınlarda Azərbaycan vətəndaşlarının doktorantura üzrə xaricdə təhsilinin prioritet istiqamətləri təyin edilib. Bununla bağlı yerli ali təhsil və elmi müəssisələr üçün peşəkar mütəxəssislər hazırlanacaq.
Xaricdə təhsillə bağlı vacib qərar verildi >>
Bu həllin perspektivlərinin müzakirəsi Sputnik Azərbaycan-ın mətbuat mərkəzində təşkil olunub. Müzakirədə Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fəlsəfə doktoru İlqar Orucov və "XXI əsr" Təhsil Mərkəzinin sədri Etibar Əliyev iştirak ediblər.