BAKI, 21 noyabr — Sputnik. Ötən gecə 00:34-də dəm qazından zəhərlənmə ilə bağlı Təcili Tibbi Yardıma məlumat daxil olub. Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Nəsimi rayonu Cavadxan küçəsi mənzil 30-dan, 29 yaşlı qadın, 5 yaşlı 2 uşaq (oğlan və qız) dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər. Onlara lazımi tibbi yardım göstərildikdən sonra xəstələr ambulator müalicəyə buraxılıblar.