Çağırışçı Ermənistan ordusu əvəzinə həbsxananı seçdi

İnsident Hərbi Komissarlığın həyətində baş verib. 18 yaşlı çağırışçı Komissarlığın əməkdaşını üz nahiyəsindən yaralayıb
Sputnik

BAKI, 21 noyabr — Sputnik. Ermənistanda çağırışçı Hərbi Komissarlığın əməkdaşını bıçaqlayıb. Sputnik Ermənistan xəbər verir ki, hadisə Kotayk vilayətində qeydə alınıb.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb və iş üzrə materiallar Hərbi Polisə göndərilib.

Hadisənin baş vermə səbəbi açıqlanmır. İnsident Hərbi Komissarlığın həyətində baş verib. 18 yaşlı çağırışçı Hərbi Komissarlığın əməkdaşını üz nahiyəsindən yaralayıb.