HADİSƏ

Universitetin yataqxanasında zəhərlənmə hadisəsi: tələbələrdən biri öldü

Həkimlər Mətbuat küçəsi 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Təcili Tibbi Yardım briqadasının həkimlərinin sözlərinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib
Sputnik

BAKI, 21 noyabr — Sputnik. Bakı Dövlət Universitetinin 2№-li yataqxanasında zəhərlənmə hadisəsi baş verib. Sputnik Azərbaycan-ın xəbərinə görə, Səhiyyə Nazirliyindən verilən məlumatda bu barədə Təcili Tibbi Yardıma saat 12:35-də çağırışın daxil olduğu bildirilir.

Həkimlər Mətbuat küçəsi 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Təcili Tibbi Yardım briqadasının həkimlərinin sözlərinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir. Müalicələri davam edir.