Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 21 noyabr — Sputnik. Bu gün zəhərlənib dünyasını dəyişən tələbə nişanlı olub.
Sputnik Azərbaycan xəbər verir ki, Bakı Dövlət Universitetinin yataqxanasında zəhərlənmədən dünyasını dəyişən tələbə Qusar rayon sakinidir.
1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı Qusar rayonun Xurel kəndində doğulub. O, BDU-nun fizika fakultəsinin 4-cü kurs tələbəsi idi. Mərhum tələbə həmkəndlisi ilə nişanlı olub. Yaxın zamanlarda toyu olacaqmış. Yaxınlarının verdiyi məlumata görə, Ş.Xasmətova suşidən zəhərlənib.
Tələbənin meyiti tibbi ekspertiza olunduqdan sonra doğulduğu kəndə gətirilib dəfn olunacaq.