HADİSƏ

Bakıda məşhur marketə basqın: iki nəfər bıçaqlandı

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. V.Şıxıyevə döş qəfəsinin, M.İsgəndərova isə sol qabırğaların kəsilmiş yarası diaqnozu qoyulub
Sputnik

BAKI, 21 noyabr — Sputnik. Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bakıda avtobus sürücüsünü ürəyindən bıçaqladılar

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, rayonun Zabrat qəsəbəsində yerləşən "Araz" marketə oğru girib. Bu zaman naməlum şəxs market işçiləri ilə mübahisə zəminində marketin əməkdaşları - 1986-cı il təvəllüdlü Şıxıyev Vüsal Akif oğlu və 1992-ci il təvəllüdlü İsgəndərov Məhəmməd Ələsgər oğlunu bıçaqlayaraq qaçıb.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. V.Şıxıyevə döş qəfəsinin, M.İsgəndərova isə sol qabırğaların kəsilmiş yarası diaqnozu qoyulub. Vəziyyətləri orta-ağır qiymətləndirilir.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxslərin axtarışları istiqamətində cinayət-axtarış tədbirləri aparırlar.