Məcburi tədbir: Rusiya sakitcə "Xəncər"in tozunu silir

Moskva ABŞ və NATO qoşunlarının Rusiya sərhədləri yaxınlığında cəmləşməsinə adekvat reaksiya göstərir. Bortunda hipersəs sürətli silah daşıyan uzaq mənzilli səsdən sürətli Tu-22M3 bombardmançı-raketdaşıyan təyyarələrinin orduya qaytarılması məcburi addımdır.
Sputnik

Aleksandr Xrolenko, hərbi icmalçı

BAKI, 21 noyabr — Sputnik. Ekspertlər və mütəxəssislər Amerikanın “Military Watch” nəşrinin Rusiyanın qorxulu Tu-22M3 raketdaşıyan təyyarəsinin yenidən orduya qaytarılması və modernləşdirilməsi barədə yazısını aktiv şəkildə müzakirə edirlər. Nəşr modernləşmənin detallı planlarını açıqlamır. Amma mətndə MiQ-31 qırıcısının və “Kinjal” hipersəs sürətli raket daşıyan Tu-22M3 bombardmançısının şəkli verilib.

Dubay aviasalonunun ulduzları - Rusiyanın "Yak-130" və "Mi-38"i

Bu arada qeyd edək ki, Rusiya heç bir zaman öz niyyətini gizlətməyib. Tu-22M3M versiyasına qədər dərin modernləşmə zamanı 30 raketdaşıyanın silahları və radioelektron avadanlığı 80 faiz yenilənəcək. Bu, 2021-ci ilə qədər uzaq mənzilli aviasiyanın potensialını genişləndirməyə və nüvə triadasının hava komponentini gücləndirməyə imkan verəcək. Bu gün Rusiyada 120-dən çox Tu-22M3 bombardmançı qalıb (Kazan aviazavodunda hazırlanan 497 təyyarədən). 60-a yaxın Tu-22M3 və Tu-22MP (kəşfiyyatçı) Rusiyanın Hava-Kosmik Qüvvələrinin silahlanmasındadır. Qalanları konservləşdirilib. Buna görə də, 30 bombardmançının modernləşdirilməsi ilə bağlı çərçivə son hədəf deyil.

Məlumdur ki, Tu-22M3 uzaq mənzilli bombardmançılar silahlanmaya 1989-cu ildə qəbul edilib. Onlardan Suriyada uğurla istifadə olunub. İlkin olaraq bu təyyarələr ABŞ və NATO-nun okean zonasındakı gəmilərini X-22 qanadlı raketləri ilə məhv etmək üçün yaradılıb.

Xəncərvari qayıdış

Qanadı oxvarı dəyişilən uzaq mənzilli çoxrejimli səsdən sürətli Tu-22M3 raketdaşıyan-bombardmançısının dünyada analoqu yoxdur. O, strateji və operativ-taktiki aviasiya arasında yer tutur. İdarə edilən raketlər və aviasiya bombaları ilə yerüstü və dənizdəki hədəflərin (aviadaşıyıcıların qatili) uzaq, orta və aşağı hündürlükdən 1000-2300 km/saat sürət diapazonunda – müasir HHM və REM vasitələrinin maneəçiliyi şəraitində günün istənilən vaxtında, sadə və mürəkkəb meteoşəraitdə məhv edilməsi üçün nəzərdə tutulub. Döyüş yükünün təkmilləşdirilməsi sistemi həm raket, həm də bomba daşımağa imkan verir.

Dərin modernləşdirilmiş Tu-22M3M versiyası ilk uçuşunu 2018-ci il dekabrın 28-də həyata keçirib. Yeni versiya daha çox döyüş mövqeyinə X-32, X-101 (və ya nüvə başlıqlı X-102) qanadlı və hipersəs sürtəli raketləri çatdırmağa xidmət edir. Təyyarə eyni anda səmaya 4 ədəd X-47m2 “Kinjal” raketini (maksimal döyüş yükü 24 tondur, daha yaxşı platforma tapmaq mümkün deyil) qaldıra bilər. Tu-22M3M təyyarəsinin tam döyüş ehtiyatı nüvə bombasının gücünə bərabərdir.

Nüvə raketi sərnişin təyyarəsinin yanından uçdu - VİDEO

Məsələn, gəmi əleyhinə səsdən sürtəli X-32 raketi 40 km hündürlükdə, saatda 5300 kilometr sürətlə 1000 km məsafəyə uçur. Yəni, Tu-22M3M təyyarəsi HHM-in 700 kilometrlik hədəf zonasına daxil olmadan rəqibin aviadaşıyıcı zərbə qrupunu məhv edə bilər.

Raketdaşıyan yeni HK-32-02 mühərriki ilə təchiz edilib, daha əvvəl SSM-2 razılaşması ilə təyyarədən çıxarılan yanacaqdoldurma ştanqasını qaytarıb və bu da taktiki fəaliyyət radiusunu 45 faiz artırmağa imkan verib. Öncədən təyyarə 7000 km praktik uçuş uzaqlığı (50 ton yanacaq ehtiyatı ilə) və 13300 metr hündürlük imkanına malik olub. Beləliklə, yeni bombardmançı təyyarə ortaya çıxır. Mümkündür ki, Tu-22M3M və onun hipersəsdən sürətli arsenalı Rusiya sərhədi yaxınlığında getdikcə daha böyük aktivlik göstərən qərbli tərəfdaşları ayıldacaq.

Cəbhə mövqeyinə yaxın zona

Noyabrın 19-da ABŞ-ın eyni zamanda iki “Global Hok” pilotsuz strateji təyyarəsi Baltika regionunda Rusiya sərhədləri yaxınlığında bir neçə saatlıq kəşfiyyat uçuşu edib. Təyyarələr Siciliyanın Siqonella aviabazasından qalxıb. FORTE10 adlı pilotsuz təyyarə Latviya və Estoniyanın hava məkanında qalaraq, Pskov və Leninqrad vilayətlərinin sərhədi yaxınlığında altı dəfə uçuş edib. Uzun müddət Litva səmasında olaraq Kalininqrad vilayətinin şimal sərhədi boyunca uçub. FİXER-10 adlı ikinci kəşfiyyatçı dron isə Kalininqrad vilayətinin şimalında uçuş edərək, sonra Rusiyanın dəniz sərhədindən şimal-qərbdə Baltik dənizi üzərində uzun müddət havada qalıb.

Ərəb şeyxləri Amerika aviatexnikasını Rusiya aviatexnikasına dəyişirlər>>

Eyni zamanda, ABŞ HHQ-nin RC-135V strateji kəşfiyyat təyyarəsi İngiltərədəki Mildenhoild aviabazasından qalxaraq, Rusiyanın Kalininqrad vilayətini Belarus Respublikasından ayıran Suvalsk dəhlizi üzərinə uzun müddət ellipsvarı uçuş edib. Sonradan Amerika təyyarəsi Litvanın hava məkanında Kalininqrad vilayətindən şimalda uçub.

Pilotsuz və pilotlu kəşfiyyat təyyarələri uzaq məsafədən rəqibin HHM qüvvə və vasitələrinin iş rejimi, RLS və zenit-raket komplekslərin koordinatlarının müəyyən edilməsi, qərargahların əlaqə xətlərinin informasiyasını ələ keçirmək, ümumilikdə isə rəqibin qoşun qruplaşmalarının imkanlarını dəyərləndirmək üçün nəzərdə tutulurlar.

Pentaqon Rusiyanın obyektlərinə tez qlobal zərbə konsepsiyasından imtina etməyib və vaxtaşırı bunu Baltika ölkələrində məşq edir. Bir müddət öncəki misal – Global Thunder-2020 (Qlobal gurultu) adlı strateji təlim zamanı ABŞ-ın altı strateji bombardmançısı Moskva və Sankt-Peterburqdan 1200-1500 kilometr aralıda raket zərbəsini məşq ediblər.

Rusiyadan öldürücü bəyanat: "S-400"lər "F-35"lərin işini poza bilər
 Bundan əvvəl ABŞ-ın B-52H təyyarələri Rusiya sərhədinin 40 kilometrliyində Litvanın Kazlu-Ruda poliqonunda “bombardman” həyata keçirib. Litva-Belarus sərhədində də barıt iyi gəlməyə başlayıb. Orada ABŞ-ın 1-ci zirehli tank diviziyasının qabaqcıl eşelonu yerləşir.

Belarus və Rusiya, prezident Aleksandr Lukaşenkonun sözləri ilə desək,  NATO-nun “anlaşılmaz” təlimlərinə hazırlaşırlar. Əlbəttə ki, belə vəziyyətdə uzaq mənzilli Tu-22M3M bombardmançılarının modernləşdirilməsi ilə kifayətlənmək olmaz. Rusiyanın Müdafiə naziri Sergey Şoyqu da 2020-ci ildə dövlət müdafiə sifarişləri üçün ayrılacaq vəsaitlərin üçdə iksini yeni silahların alınmasına istiqamətləndirmək barədə göstəriş verib. Qərb və Şərqin bahalı və təhlükəsiz olmayan rəqabəti davam edir. Amma bu, Rusiyanın seçimi deyil.