Niderland terrorçuların maliyyələşdirilməsini dayandırır

Niderland illərdir Fələstin Muxtar Vilayətinə və Bütün Yaxın Şərq regionunda yaşayan fələstinlilərə maliyyə ayırır
Sputnik

BAKI, 21 noyabr — Sputnik. Niderland hökuməti İsraildə terrorçuluq maddəsi ilə ittiham olunaraq həbs edilən fələstinlilərə vəsait ödəməyi dayandıracaq. Sputnik Azərbaycan "The Times of Israel" nəşrinə istinadən xəbər verir ki, bu barədə Niderlandda büdcənin planlaşdırılması üzrə illik görüşdə elan olunub.

Niderland hökuməti bəyan edib ki, fələstinlilərdən terrorçulara pul köçürməməyi xahiş edib, lakin danışıqlar gözlənilən nəticəni verməyib. Bundan sonra rəsmi Amsterdam Fələstinə maliyyə köməyini azaldacaq.

Xatırladaq ki, artıq neçə illərdir ki, Niderland Fələstin Muxtar Vilayətinə və bütün Yaxın Şərq regionunda yaşayan fələstinlilərə maliyyə ayırır.