HADİSƏ

Ürəyindən bıçaqlanan sürücünün səhhəti ilə bağlı məlumat yayıldı

Səhiyyə Nazirliyindən verilən məlumata görə, ona sol döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyat edilib
Sputnik

BAKI, 20 noyabr — Sputnik. Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib. 

BNA ağır avtobus qəzası ilə bağlı açıqlama yaydı
Cəbrayıl rayon sakini, 1985-ci il təvəllüdlü İsmayılov Samir Vahid oğlunun ürək və qarın nahiyəsinə iki bıçaq zərbəsi vurulub.

Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ona sol döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyat edilib. Hazırda onun müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir.

Qeyd edək ki, S.İsmayılov Qaradağ rayonu ərazisində 24 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən avtobusun sürücüsüdür.