CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dincəlmək bitdi – Sabahdan məktəbə

2019-2020-ci tədris ilinin 5 günlük tətili 16-20 noyabr tarixlərini əhatə edib, tədris ilinin 5 günlük qış tətili 2020-ci ilin yanvarın 27-də başlayacaq və 31-də bitəcək.
Sputnik

BAKI, 20 noyabr — Sputnik. Bu gün Azərbaycanın orta məktəblərində payız tətili başa çatır.

Yeni təhsil müəssisəsini hər kəs səhv salır - bağçadır, yoxsa məktəb?

Sputnik Azərbaycan xəbər verir ki, 2019-2020-ci tədris ilinin 5 günlük tətili 16-20 noyabr tarixlərini əhatə edib.

Sabahdan, noyabrın 21-də dərslər başlayacaq.

Qeyd edək ki, tədris ilinin 5 günlük qış tətili 2020-ci ilin yanvarın 27-də başlayacaq və 31-də bitəcək.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb və iyunun 14-də başa çatacaq. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.