RUSİYA

Rusiyada gecə səssizliyini pozanlara cəza

Məlumata görə, gecə saat 23:00-dan səhər 7:00-dək səs-küy salan fiziki şəxslərə 3000 rubla (təxminən 80 manat) kimi cərimə tətbiq edilməsi təklif edilir
Sputnik

BAKI, 20 noyabr — Sputnik. Rusiya Federasiya Şurası gecə səssizliyinin pozulmasına görə vahid cəza tətbiq edilməsini təklif edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Şura gecə də daxil olmaqla, vətəndaşların rahatlığı və sakitliyini pozan hərəkətlərə görə məcburi inzibati məsuliyyət tətbiq edilməsi təklifini irəli sürüb.

"Şeytan arabası" ilə adam öldürüb hadisə yerindən qaçan sürücü ələ keçdi

Federasiya Şurası bölgələr adından Rusiyanın yeni İnzibati Xətalar Məcəlləsinin hazırlanması ilə əlaqədar komissiyaya müvafiq məktub göndərib.

Məlumata görə, gecə saat 23:00-dan səhər 7:00-dək səs-küy salan fiziki şəxslərə 3000 rubla (təxminən 80 manat) kimi cərimə tətbiq edilməsi təklif edilir.

Qeyd edək ki, məktubda "səs-küy səviyyəsindən asılı olmayaraq, vətəndaşların evində istirahət etmək hüququnu pozan hər hansı bir hərəkətə", o cümlədən yüksək səslə musiqi dinləmək və ya yüksək səslə mahnı oxumaq da nəzərdə tutulub.

Artıq Rusiyanın bütün regionlarında səssizlik tələbləri qoyulub. Ancaq polis bu cür qanun pozuntularına yalnız subyekt onunla müvafiq razılığa gəldikdə reaksiya verir.