SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident iki rayona yeni icra başçısı təyin edib

Dövlət başçısı Şahin Məmmədovu Masallı, Rafil Hüseynovu isə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edib
Sputnik

BAKI, 20 noyabr — Sputnik. Prezident İlham Əliyev Ağcabədi  və Masallı Rayon İcra Hakimiyyətinin başçılarının vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Qadınlar üçün yeni iş yeri yaradılır - Sərəncam

Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla Şahin Kərim oğlu Məmmədov Ağcabədi Rayon İcra Hakimiyyətinin, Rafil İsrafil oğlu Hüseynov Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə Rafil Hüseynov Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Şahin Məmmədov isə Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.