BAKI, 20 noyabr — Sputnik. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın Baş Naziri Dmitri Medvedev ilə görüşəcək.
Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, görüş noyabrın 21-də Moskva şəhərində keçiriləcək.
Görüş zamanı iki ölkə arasında ticarət-iqtisadi, elmi-texniki, mədəni, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.