Deputat: NATO-nun kosmosa dair planı dünyanı fəlakətə sürükləyəcək

NATO kosmosu öz fəaliyyət sahəsi kimi tanımağı planlaşdırır. Bu addımın dünya üçün nəticələri və Rusiyanın mümkün cavabı barədə Sputnik radionun efirində Rusiya Dövlət Dumasının müdafiə üzrə komitəsinin sədrinin müavini Yuri Şvıtkin danışıb
Sputnik

BAKI, 20 noyabr — Sputnik. NATO Baş katibi Yens Stoltenberq Şimali Atlantika Alyansının kosmik məkanı birliyin fəaliyyət istiqamətlərindən biri elan etməyə dair planlarını açıqlayıb.

Bakıda NATO ilə bağlı narahatlıq: Bəzi ölkələr güc yolu diktə siyasətini davam etdirir

Müvafiq bəyanat Brüsseldə NATO-ya üzv ölkələrin Müdafiə nazirliklərinin rəhbərlərinin görüşündən əvvəl keçirilən mətbuat konfransında bildirib. Mətbuat konfransı "Twitter"-də canlı yayımlanıb.

Alyans rəhbərinin fikrincə, kosmik məkanın operativ sahə olaraq tanınması rabitə, naviqasiya və tez xəbərdarlıq etmə sistemlərinin inkişafına yardım edəcək. O vurğulayıb ki, kosmosda hücum silahının yerləşdirilməsi nəzərdə tutulmayıb.

"Alyans rəhbərinin bu cür bəyanatları həqiqəti əks etdirmir", – deyə Sputnik radionun efirində Rusiya Dövlət Dumasının müdafiə üzrə komitəsinin sədrinin müavini Yuri Şvıtkin bildirib.

"Stoltenberqin bəyanatı anlaşılmazlığa səbəb olur və digər ölkələrə qarşı aqressiv, destruktiv addımları nəzərdə tutur. Alyans özü hərbi birlik kimi kosmosun hərbiləşdirilməsini nəzərdə tutur və bütün cəhdlər NATO ölkələri tərəfindən edilir. Fikrimcə, bu, dünya birliyini fəlakətə sürükləyə bilər", - deyə Rusiya Dövlət Dumasının müdafiə üzrə komitəsi sədrinin müavini bildirib.

Şvıtkin vurğulayıb ki, Rusiya NATO tərəfindən kosmosun hərbiləşdirilməsinin qarşısını almaq üçün müvafiq addımları atmalıdır.

"Cavab tədbirləri olmalıdır, lakin o, eyni zamanda bizim ölkəmizi kosmosda silahlanma yarışına cəlb etməməlidir", - deyə Rusiya Dövlət Dumasının müdafiə üzrə komitəsi sədrinin müavini bildirib.

Bu ilin noyabr ayının əvvəlində Fransa Prezidenti Emmanuel Makron "Economist" jurnalına müsahibəsində bildirmişdi ki, Şimali Atlantika Alyansı "müttəfiqlər arasında koordinasiyanı tamamilə itirib ki, bunu da "beyin ölümü" kimi xarakterizə etmək olar”.

Putin NATO ölkələrinin liderlərinə məktub göndərdi

Yens Stoltenberq və Almaniya kansleri Angela Merkel bu bəyanatı sərt şəkildə tənqid edərək bildirmişdilər ki, Makronun NATO-ya dair bu qiymətləndirilməsi ilə razı deyillər.

Qeyd edək ki, daha əvvəl Sputnik radio xəbər verib ki, Rusiya ABŞ-ın addımlarına cavab olaraq orta və yaxın mənzilli raketlərinin hazırlanmasına başlayır.

Eyni zamanda, raket sahəsində qlobal müəyyənliyin qalması üçün Rusiya bu və ya digər regionda rəqibin raketləri peyda olana qədər öz yerüstü orta və yaxın mənzilli raketlərini heç bir yerdə yerləşdirməyəcək.