HADİSƏ

İstanbula uçan təyyarəmizdə olay – Uçuş yarımçıq qaldı

Xəstə sərnişini tibb əməkdaşlarına təhvil verdikdən sonra təyyarənin ekipajının İstanbula uçuşa hazırlaşacağı gözlənilir
Sputnik

BAKI, 20 noyabr — Sputnik. Sərnişinlərdən birinin halının qəfil pisləşməsi ilə əlaqədar olaraq "Buta Airways"in J2 9103 nömrəli aviareysində hava gəmisinin kapitanı uçuş aeroportuna geri qayıtmaq qərarı alıb.

Şirkətdən Sputnik Azərbaycan-a verilən məlumata görə, reys Bakı vaxtı ilə saat 09:40-da uğurlu eniş edib.

Təyyarə Bakı-İstanbul marşrutu üzrə reysi yerinə yetirirdi. Göyərtədə 104 sərnişin olub.

Xəstə sərnişini tibb əməkdaşlarına təhvil verdikdən sonra təyyarənin ekipajının İstanbula uçuşa hazırlaşacağı gözlənilir.