Hitlerin evi polis şöbəsi olacaq

Avstriya rəhbərliyi Üçüncü Reyxin lideri Adolf Hitlerin doğulduğu evin polis şöbəsi olacağını açıqlayıb.
Sputnik

BAKI, 20 noyabr — Sputnik. Avstriya rəhbərliyi Üçüncü Reyxin lideri Adolf Hitlerin doğulduğu evin polis şöbəsi olacağını açıqlayıb.

"Faşist cəlladı Qaragin Njde də vaxtilə məsələnin həll edildiyini düşünürdü"

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, binanın taleyi bir neçə il ərzində həll edilib. Əvvəlcə onu sökmək istəyiblər – neonasistlər üçün dini abidə olmaması üçün.

"Binanın gələcəkdə polis tərəfindən istifadəsi açıq şəkildə nümayiş etdirməlidir ki, o, heç vaxt nasional-sosialist abidəsi olmayacaq", – deyə Avstriyanın Daxili İşlər naziri Volfhanq Peskorn bildirib.

2017-ci ildə hakimiyyət 812 min avro (1milyon 520 min manat) ödəyərək evi keçmiş sahibindən alıb. Əvvəlcə evin sahibi olan qadına 1,5 milyon kompensasiya təyin edilsə də, maliyyə prokuroru bu məbləğlə razılaşmayıb.