Bu gün Beynəlxalq Uşaq Günüdür

Beynəlxalq Uşaq Günü 1959-cu ildə noyabrın 20-də BMT tərəfindən uşaq hüquqları ilə bağlı deklarasiyanın imzalanmasından sonra əhəmiyyətli günlərdən biri kimi qeyd olunmağa başlayıb
Sputnik

BAKI, 20 noyabr — Sputnik. Bu gün gələcəyimizin günüdür. 1956-cı ildən etibarən bu gün dünyada Beynəlxalq Uşaq Günü kimi qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd uşaqlar üçün beynəlxalq həmrəyliyi və onların sağlamlığını daha da inkişaf etdirməkdir.

Doqquz yaşlı uşaq bakalavr olacaq - VİDEO

Beynəlxalq Uşaq Günü 1959-cu ildə noyabrın 20-də BMT tərəfindən uşaq hüquqları ilə bağlı deklarasiyanın imzalanmasından sonra əhəmiyyətli günlərdən biri kimi qeyd olunmağa başlayıb. 1989-cu il noyabrın 20-də isə BMT tərəfindən Uşaq Hüquqları ilə bağlı Konvensiya qəbul olunub.

Bu bayramın bütün dövlətlərə uşaqlar şərəfinə keçirilməsi tövsiyə olunur. Bayram BMT-nin dünya uşaqlarının əmin-amanlığının təmin olunmasına, yaxşılaşdırılmasına istiqamətlənmiş fəaliyyətinin möhkəmləndirilməsinə yönəlib.