Göydələnlər, şəhərin səs-küyü, asfaltlı yollarla şütüyən avtomobillər, hər gün min bir yerə tələsən insanlar... və bütün bunların ortasında köhnə Bakı həyətlərinin sakit həyat tərzi. Bu həyətlərdə zaman sanki donub və bizi geriyə, uşaqlığımıza səyahət etməyə çağırır.