CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtın iki rayonunda qaz olmayacaq

"Azəriqaz" Bakının bir rayonunda avtomobil sahiblərinin, digərində isə soyuqdan əziyyət çəkənlərin problemini həll etmək üçün qaz verilişinə məhdudiyyət qoyacaq
Sputnik

BAKI, 20 noyabr — Sputnik. Bu gün Bakının Xətai və Nizami rayonlarında qaz verilişində fasilələr olacaq.

Əhali istilik, paylayıcı qurum gəlir arzusunda - yeni təklif hazırlanır

Bu barədə Sputnik Azərbaycan-a "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumatda deyilir. Qurum "CNG", yəni sıxılmış təbii qazla işləyən avtomobillərin  sahiblərini sevindirməyə hazırlaşır. Xətai rayonu, Nobel prospekti 22-34 saylı məhəllədə yerləşən “SOCAR Petroleum” QSC-yə məxsus 21 saylı yanacaqdoldurma məntəqəsinin "CNG" sistemləri üçün çəkilmiş, diametri 159 mm olan yüksək təzyiqli daşıyıcı qaz xətti qaz təchizatı mənbəyinə birləşdiriləcək. Bu işin icrası üçün saat 10:00-dan etibarən Xətai rayonunun böyük bir hissəsində qaz təchizatının müvəqqəti olaraq dayandırılmasına zərurət yaranıb.

Nizami rayonunda isə istilik təchizatı ilə bağlı yaranan problem aradan qaldırılacaq. “Azəristiliktəchizat” ASC-yə məxsus 344 saylı qazanxananı təbii qazla təmin edən orta təzyiqli qaz kəməri üzərində quraşdırılmış istismara yararsız siyirtmə yenisi ilə əvəzlənəcək. Bu zaman saat 10:00-dan etibarən Nizami rayonunda qazın verilişində fasilələr müşahidə ediləcək.