HADİSƏ

Bakıda gəlin maşını yanıb – VİDEO

Şahidlərin sözlərinə görə, toy üçün bəzədilmiş gəlin maşını qəfildən alışaraq yanıb, olay zamanı xəsarət alan olmayıb
Sputnik

BAKI, 20 noyabr — Sputnik. Bakıda gəlin maşını yanıb. Sputnik Azərbaycan xəbər verir ki, hadisə aeroport yolunda qeydə alınıb. Şahidlərin sözlərinə görə, toy üçün bəzədilmiş gəlin maşını qəfildən alışaraq yanıb.

Hadisə yolda qısamüddətli tıxacın yaranmasına səbəb olub. Yanğın tez bir zamanda söndürülüb.

Qeyd edək ki, olay zamanı xəsarət alan olmayıb.

Hələlik yanğının səbəbləri bilinmir.