Sumqayıtın 70 illik münasibətilə təntənəli yubiley tədbiri keçiriləcək. Şəhər sakinləri tədbirə kreativ üsulla dəvət olunublar.
AMEA Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmlər doktoru Cəbi Bəhramov Sputnik Azərbaycan-a deyir ki, Sumqayıt yaşayış məskəni kimi qədim ərazidir:
“İkinci Dünya Müharibəsi davam etdiyi bir vaxtda siyasi dairələrdə Azərbaycan əhalisinin bu ərazilərdən köçürülməsi müzakirə edilirdi. Şəhərin yaradılmasına 1947-ci ildən başlanıldı və yaradılarkən neft-kimya sənayesi mərkəzi olması nəzərdə tutulurdu. Şəhərin inkişafı isə 70-ci illərdə xüsusilə geniş vüsət aldı. Hazırda Sumqayıt şəhəri ölkəmizin kimya sənayesinin mərkəzinə çevrilib”.
Cəbi Bəhramovun geniş şərhinə audiofayılda qulaq asa bilərsiniz.