CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Havanın temperaturu tədricən 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, xüsusən də Lənkəran-Astara bölgəsinin bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var
Sputnik

BAKI, 19 noyabr — Sputnik.Bakıda və Abşeron yarımadasında noyabrın 20-si axşamdan noyabrın 22-dək hava qeyri-sabit keçəcək, yağıntılı olacaq və arabir intensivləşəcək.

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata istinadla xəbər verir ki, şimal küləyi üstünlük təşkil edəcək. Havanın temperaturu iqlim normasından aşağı olacaq.

Qeyd edilib ki, Azərbaycanın rayonlarında noyabrın 20-si axşam şimal və şərq rayonlarından başlayaraq noyabrın 23-dək hava şəraiti dəyişəcək, yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu tədricən 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, xüsusən də Lənkəran-Astara bölgəsinin bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.