MƏDƏNİYYƏT

"Ət kralı" Afaq Aslana söz verdi, Bakıya gəlir - VİDEO

Dubayda Gökçenin restoranına gedən Afaq mətbəxə keçərək "ət kralı" ilə söhbətləşib. Birlikdə çəkdirdikləri videonu isə "Instagram" səhifəsində paylaşıb
Sputnik

BAKI, 19 noyabr — Sputnik. Bütün dünyada "ət kralı" kimi tanınan türk aşpaz Nüsret Gökçe yaxın zamanlarda Bakıya gələcək.

Sputnik Azərbaycan bildirir ki, bu barədə o, müğənni Afaq Aslana deyib.

Dubayda Gökçenin restoranına gedən Afaq mətbəxə keçərək "ət kralı" ilə söhbətləşib. Birlikdə çəkdirdikləri videonu isə "Instagram" səhifəsində paylaşıb.

"Bütün azrəbaycanlılara salam göndərirəm. Azərbaycanla Türkiyə - bir millət, iki dövlətdir. Yaxın vaxtlarda Bakıya gələcəyəm. Gözləyin", - Gökçə deyib.

Nüsrət Gökçə peşəkar aşpaz və restoran şəbəkələrinin sahibidir. Onun Türkiyənin bir neçə şəhərində, eləcə də Dubayda, Əbu-Dabidə və Mayamidə səkkiz steyk-hausu və 4 burger kafesi var. İlk müəssisəni o, 2010-cu ildə açıb, internetdə məşhurlaşandan sonra isə dünyanı "fəth" eləməyə başlayıb.