BAKI, 19 noyabr — Sputnik. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Ayaz Mirzəyev işdən ayrılıb. Bu barədə Sputnik Azərbaycan-a A.Mirzəyev özü bildirib.
"Bu müddət ərzində mənim fəaliyyətimə dəstək göstərən, bu vacib işi mənə etimad edən, inanan keçmiş və indiki rəhbərliyimə təşəkkür edirəm. Eyni zamanda bu müddət ərzində mətbuat xidməti olaraq mənimlə birgə işləyən, əməkdaşlıq edən media sahəsindəki həmkarlarıma minnətdarlığımı bildirirəm. Həyatımda əhəmiyyətli rol oynayan dövlət işi təcrübəsi qazandım. Bu vəzifədə bundan sonra fəaliyyət göstərəcək gələcək həmkarıma da bəri başdan uğurlar diləyirəm", - deyə Mirzəyev əlavə edib.