İrana qarşı sanksiyalar ABŞ-ın ciddi səhvidir

Amerikalılar tərəfindən tətbiq olunan sanksiyalar təhlükəsizliyə zərər vurur, regionda, həmçinin bütün dünyada sabitliyi pozur
Sputnik

BAKI, 19 noyabr — Sputnik. İrana qarşı sanksiyalar Birləşmiş Ştatların ciddi siyasi, iqtisadi səhvidir, beynəlxalq hüququn, normaların pozulmasıdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani bildirib.

Qeyd edək ki, daha əvvəl ABŞ Maliyyə Nazirliyi bəyan edib ki, İranın ali dini liderinin oğlu da daxil olmaqla 9 İran vətəndaşına və bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahına qarşı sanksiya tətbiq edib. Vaşinqton, həmçinin Fordodakı nüvə obyektinə qarşı da sanksiya qərarı verib.

İran prezidenti vurğulayıb ki, amerikalılar tərəfindən tətbiq olunan sanksiyalar təhlükəsizliyə zərər vurur, regionda, həmçinin bütün dünyada sabitliyi pozur.

Ruhani eyni zamanda qeyd edib ki, İran xalqı təzyiqdən qorxmur.