BAKI, 19 noyabr — Sputnik. Bu gün Hövsan qəsəbəsində su olmayacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Azərsu" ASC-dən məlumat verilib. Bildirilib ki, hazırda magistral kəmərlərdə təmir işləri aparılır. Bununla əlaqədar olaraq bütün gün ərzində Hövsan qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.