BAKI, 19 noyabr — Sputnik. Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) sərnişinlərə müraciət edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə DANX-ın mətbuat katibi Nuridə Allahyarova bildirib.
O qeyd edib ki, noyabrın 1-dən etibarən Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən şəhərlərarası sərnişindaşımanın keyfiyyətini yüksəltmək məqsədilə monitorinq qrupu yaradılıb. Monitorinqlər 3 istiqamətdə: Bakı-Sumqayıt (Sumqayıt, Xırdalan, Masazır, Saray, Novxanı), paytaxt-region və əks istiqamət, beynəlxalq istiqamətlər üzrə keçiriləcək.
"Bu səbəbdən noyabrın sonuna qədər davam edəcək cari monitorinqlərlə paralel, respublikanın müxtəlif regionlarından paytaxta sərnişindaşıma zamanı qarşılaşdığınız problemləri qeyd etməyiniz rica edilir", - deyə o bildirib.
Onun sözlərinə görə, təklif və iradlar yalnız 012 566 52 58 nömrəli qaynar xəttində qeydə alınacaq.