BAKI, 18 noyabr — Sputnik. Venesiyada yağışlardan sonra yaranan daşqınlar azalmağa başlayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, suyun maksimum səviyyəsi 100 santimetr olacaq.
Qeyd edək ki, daşqın ərəfəsində ölkə rəhbərliyi Müqəddəs Mark meydanını bağlamışdı. Orada ancaq qayıqla hərəkət etmək mümkün idi. İndi meydan turistlərin üzünə yenidən açılıb, amma yenə də taxta körpülər üzərində gəzmək lazımdır.
Xatırladaq ki, bu daşqın Venesiya tarixində ikinci böyük daşqındır. Daşqınlar zamanı suyun səviyyəsi 187 sm-ə qalxmışdı.
İtaliya rəhbərliyi şəhərdə fövqəladə vəziyyət elan edib. Eyni zamanda təbiət faciəsinin fəsadlarının aradan qaldırılması üçün 20 milyon avro ayrılıb.