“Parlament” əməliyyatının nəticəsi: 12 yaralı, 18 həbs olunan

Yaralılar xəstəxanalara yerləşdirilib. Yaralananlardan biri polis əməkdaşıdır. Onun başından yaralandığı bildirilir
Sputnik

BAKI, 18 noyabr — Sputnik. Gürcüstan parlamentinin qarşısında keçirilən etiraz aksiyasının dağıdılmasının nəticələri bəlli olub. Sputnik Gürcüstan xəbər verir ki, aksiyanın dağıdılması zamanı 12 nəfər yaralanıb.

Bu barədə Gürcüstan Səhiyyə Nazirliyi məlumat yayıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Yaralananlardan biri polis əməkdaşıdır. Onun başından yaralandığı bildirilir.

Gürcüstan Daxili İşlər Nazirliyi məlumatına görə, aksiyanın dağıdılması zamanı 18 nəfər saxlanılıb. 

Qeyd edək ki, hazırda Rustaveli prospektində avtomobillərin hərəkəti bərpa edilib.