HADİSƏ

Bakıda arvadını boğaraq öldürən kişi Gəncəyə qaçıb

Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Dönməz Cəmşidzadə kirayədə yaşadığı mənzildə həyat yoldaşı Mahmudova Afərim Vidadi qızını gecə saatlarında boğaraq öldürüb
Sputnik

BAKI, 18 noyabr — Sputnik. Noyabrın 16-da Bakıda dəhşətli qətl törədilib. Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.

Əvvəl döydü, sonra üstündən at arabası ilə keçdi – Ağdamda qətl

Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Dönməz Cəmşidzadə kirayədə yaşadığı mənzildə həyat yoldaşı Mahmudova Afərim Vidadi qızını gecə saatlarında boğaraq öldürüb.

D.Cəmşidzadə hadisəni törədəndən sonra Gəncə şəhərinə gedib. O, daha sonra Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat verib və həyat yoldaşını öldürdüyünü deyib.

D. Cəmşidzadə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Bakıya gətirilib və qeyd edilən ünvana baxış keçirilib. Burada onun həyat yoldaşı Afərim Mahmudzadənin üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb.