HADİSƏ

Abşeronda evdən 53 min manatlıq mal apardılar

Əməliyyat-axtarış tədbirləri nəticəsində geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar B.Aslanov və Q.Məmmədov saxlanılıblar
Sputnik

BAKI, 18 noyabr — Sputnik. Abşeronda evdən 53 500 manatlıq oğurluq edilib.

Silsilə oğurluq edən şəxslər saxlanıldılar

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 11-də rayon ərazisindəki evlərin birindən 53 500 manat dəyərində geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar B.Aslanov və Q.Məmmədov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.