Məşhur aktrisa bikinili rəqsini paylaşdı

Salma Hayek paylaşdığı videoya "keçmiş zamanda arıq vaxtlarım" sözünü əlavə edib. Aktrisanın izləyiciləri isə ona xoş sözlər yazaraq "Siz elə indi də gözəl görünürsünüz" deyə cavab veriblər
Sputnik

 

BAKI, 18 noyabr — Sputnik. Məşhur aktrisa Salma Hayek sosial şəbəkədə 15 il öncəki videosunu paylaşıb. Sputnik Azərbaycan xəbər verir ki, aktrisa 2004-cü ildə çəkildiyi "Gün batarkən" (After the Sunset) filmindən bikinidə rəqsini "Instagram" da izləyiciləri ilə bölüşüb.

O, paylaşdığı videoya "keçmiş zamanda arıq vaxtlarım" sözünü əlavə edib. İzləyicilər isə aktrisaya xoş sözlər yazaraq "Siz elə indi də gözəl görünürsünüz" deyə cavab veriblər.

Qeyd edək ki, sözügedən filmdə Salma Hayekin tərəf müqabili Pirs Brosnan olub. 53 yaşlı aktrisa indiyədək 57 filmdə müxtəlif səpkili obrazlar yaradıb. Gələn il Salmanın rol aldığı "Əbədi" və "Rəhbər kimi" filmləri kinosevərlərin ixtiyarına veriləcək.