MƏDƏNİYYƏT

"Avroviziya"nın qalibi Damlaya söz atdı: "Bəyənmirəm"

"Dediklərimin insanlığına aiddiyəti yoxdur, çünki tanımıram. Ancaq "Instagram"da üzünü görmüşəm. Amma mahnılarını bəyənmirəm"
Sputnik

BAKI, 18 noyabr — Sputnik. "Avroviziya 2011" mahnı müsabiqəsinin qalibi Eldar Qasımov müğənni Damlanın mahnılarını tənqid edib.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçi yerli kanalların birinə verdiyi müsahibə zamanı şou-biznesdəki bayağı mahnılardan bəhs edib: "Seçim yoxdur. İnsanlar ancaq bayağı musiqiyə qulaq asır. Hansısa qeyri-peşəkar ifaçı elə mahnı ilə çıxır, çarxları vurub dağıdır, birinci pilləyə yüksəlir. Damlanın klipi yaxşı idi: rəngarəng geyimi, saçları var idi. Çox qəşəng görünürdü. Amma obraz mahnıya uyğun gəlmirdi. Peşəkar kimi deyirəm, mahnı yaxşı deyildi.

Dediklərimin insanlığına aiddiyəti yoxdur, çünki tanımıram. Ancaq "Instagram"da üzünü görmüşəm. Amma mahnılarını bəyənmirəm.

Ümumiyyətlə, şou-biznes toyxanaya çevrilib. Bütün pullar toyxanadadır. Ona görə də olub toy-biznes".